“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...” Dünya

Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Mabel Matizin “Ha Leylim” adlı mahnısına və klipinə tətbiq edilən qadağaya münasibət bildirib.

News24.az xəbər verir ki, sənətçi bu barədə Kiprdə konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Əxlaqsızlığı filmlərdə və mahnılarda axtarmayaq. Korrupsiya ilə məşğul olanlar bunlardan daha təhlükəlidir”, - deyə o, etirazını bildirib.

Kırmızıgül çıxışı zamanı həmçinin Türkiyənin musiqi sektorunda keyfiyyət problemindən də şikayətlənib: “Yeni nəsil arasında çox yaxşı səslər yoxdur. Türkiyədə 4-5 yaxşı vokalist var. Hazırda bizim kimi oxuyan çox az insan var”.

Qeyd edək ki, bir neçə gün öncə M.Matizin yeni mahnısı olan “Ha Leylim”in sözləri və klipi ilə bağlı “ədəbsizlik” iddiası ilə araşdırma başlanılıb.

Müğənni bundan əvvəl “Perperişan” mahnısı ilə bağlı da məhkəməlik olmuş, daha sonra bəraət almışdı. (Bakupost.az)