Rusiyadan biznes qurmaq istəyən Azərbaycan vətəndaşlarına - ŞAD XƏBƏR

Rusiyadan biznes qurmaq istəyən Azərbaycan vətəndaşlarına - ŞAD XƏBƏR Dünya

Rusiya hökuməti bir sıra ölkələrin vətəndaşları üçün Rusiyada biznes fəaliyyətinin aparılması prosedurunu sadələşdirir. Vətəndaşlar və hüquqi şəxslərin sadələşdirilmiş qaydada Rusiya banklarında hesab aça və əmanət saxlaya biləcək 25 ölkənin siyahısı müəyyən edilib. 

News24.az xəbər verir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin müavinləri ilə məsləhətləşmələr zamanı məlumat verib.

“Xarici müəssisələr və iş adamları üçün daha münasib şəraitin yaradılması dövlət başçımızın qarşıya qoyduğu milli məqsədlərə çatmaq çərçivəsində maliyyə suverenliyinə nail olunması istiqamətində hökumətin əlaqələndirilmiş fəaliyyətinin mühüm tərkib hissəsidir”, - deyə baş nazir vurğulayıb.

Ölkələr siyahısına Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Ermənistan, Əlcəzair, Bəhreyn, Braziliya, Misir, Hindistan, İndoneziya, Qətər, Çin, Küveyt, Malayziya, Monqolustan, BƏƏ, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand  var.

Akqabay