Rusiyadan NATO-ya - XƏBƏRDARLIQ

Rusiyadan NATO-ya - XƏBƏRDARLIQ Dünya

Rəsmi Moskva NATO-ya xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko məlumat verib.

O bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olması blokun şimaldakı ambisiyalarını artıracaq. 

“Rəsmi Helsinkinin NATO Quru Qoşunlarının Rusiya ilə sərhəddə qərargah yaratmaq planları barədə demək istəyirəm ki, təhdidlərə qarşı cavabımız adekvat olacaq”, - deyə qeyd edib.

Mehriban  Mirzəzadə