Rusiyanın milyarderlərinin sayı açıqlandı

Rusiyanın milyarderlərinin sayı açıqlandı Dünya

Rusiyada milyarderlərin sayı açıqlanıb.

News24.az "Credit Suisse” bankına istinadən xəbər verir ki, son bir il ərzində sərvəti 1 milyard dollara çatan yetkinlik yaşında olan Rusiya vətəndaşlarının sayı 110-a çatıb. Ötən il bu rəqəm 74 idi.

Hazırda 3120 rusiyalının varidatı 100 milyon dollardan artıqdı. Rusiya zənginlərin sayının artımına görə dünyada 9-cu yerdə qərarlaşıb. Dünyanın 1 faiz təşkil edən ən zəngin şəxslərinin 264 nəfəri Rusiya vətəndaşıdır.