Rusiyanın yerini kim tutdu? – Avropanın yeni enerji tərəfdaşı

Rusiyanın yerini kim tutdu? – Avropanın yeni enerji tərəfdaşı Dünya

Norveç Avropa üçün əsas enerji təchizatçısına çevrilib.

News24.az xəbər verir ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Norveç Avropaya boru kəmərləri vasitəsilə qaz tədarük edən ən böyük ölkə olub. Eyni zamanda ölkə hasil etdiyi neftin təxminən 90-95 faizini ixrac edir.

Məlumata görə, ölkə hazırda istehsal gücünün maksimum həddində çalışır və Avropa İttifaqı ölkələrinin qaz idxalının təxminən üçdə birini təmin edir.

Lakin Norveç hakimiyyəti qısa müddətdə hasilatın artırılmasının mümkün olmadığını bildirir. Səbəb isə enerji sektorunun artıq maksimum gücdə işləməsidir.

Bununla yanaşı, Norveç Avropa İttifaqının Arktikada neft və qaz hasilatını məhdudlaşdırmaq təşəbbüsünə qarşı çıxır. Rəsmi Oslo bildirir ki, Arktika yataqlarının işlənməsi Avropaya Rusiya enerji resurslarından asılılığını azaltmağa kömək edir. (“Politico”)