Rusiyaya qarşı yeni sanksiyalar: - 33 nəfər...

Rusiyaya qarşı yeni sanksiyalar: - 33 nəfər... Dünya


Avropa İttifaqı Rusiyadan olan 33 şəxsə sanksiya tətbiq edib. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. 

Siyahıya Rusiyalı müxalifətçi Aleksey Navalnının cəza çəkdiyi həbsxanaların rəsmiləri də daxil edilib. 

Siyahıya, həmçinin Yamal-Nenets Muxtar Dairəsinin qubernatoru Dmitri Artyuxov və bir neçə rusiyalı hakim, o cümlədən Moskva Şəhər Məhkəməsinin sədri Mixail Ptitsyn daxildir.