Rusiyayanın desant gəmisi məhv edildi

Rusiyayanın desant gəmisi məhv edildi Dünya
Ukrayna Silahlı Qüvvələri Berdyansk limanında Rusiyaya məxsus "Saratov" desant gəmisini məhv edib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayoru Viktor Yaqun məlumat yayıb.

O bildirib ki, gəmi "Toçka-U" raketi ilə vurulub.

Generalın sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələri bir neçə belə əməliyyat keçirib. /Unikal.az/