Səfirliklər bağlanır - VƏZİYYƏT KRİTİKDİR
Dünya
Şimali Koreya bir çox səfirliklərini bağlamaq qərarına gəlib. Pxenyanın təxminən 25 diplomatik missiyasının çıxarılması planlaşdırılır. Bu ölkələr arasında İspaniya, Honq-Konq və bəzi Afrika ölkələri seçilir.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Təcrid olunmuş bir ölkə olan Şimali Koreyanın belə bir qərar verməsi ölkədəki humanitar işlərə də təsir edəcək. Şimali Koreyanın hazırda 159 ölkə ilə rəsmi əlaqələri və 53 diplomatik missiyası var.
Cənubi Koreyanın Birləşmə Nazirliyi Şimali Koreyanın bu addımının ölkədə sanksiyalar səbəbiylə yaşanan iqtisadi çətinliklərlə əlaqədar olduğunu iddia edib.
“Şimali Koreyada valyuta əməliyyatları sanksiyalara görə dayandırılır və səfirlik xərcləri qarşılana bilmir. Bu onu göstərir ki, Şimali Koreya iqtisadi səbəblərə görə ənənəvi dost ölkələrlə minimal diplomatik münasibətləri belə saxlamaqda çətinlik çəkir”-deyə, məlumatda qeyd olunub.
Ülkər Abdurahmanlı