Səfirliyimizdə terror törədən şəxsin məhkəməsi keçirildi - Foto
Dünya
Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, ittihama əsasən, həmin şəxs odlu silahdan istifadə edərək səfirlik ərazisində Azərbaycan vətəndaşını qəsdən öldürməyə, qanunsuz silah-sursatın alınması, daşınması və saxlanılmasına görə təqsirli bilinir.