Səkkiz yaşlı qıza cinsi təcavüz edən 11-ci sinif şagirdi saxlanılıb

Səkkiz yaşlı qıza cinsi təcavüz edən 11-ci sinif şagirdi saxlanılıb Dünya

Gürcüstanda Sameqreloda 11-ci sinifdə oxuyan oğlan 8 yaşlı qızı zorlamağa cəhd etdiyi üçün saxlanılıb.

News24.az xəbər verir ki, yeniyetmə oğlan qızın polisə verdiyi ifadəsi əsasında saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən cinayəti törətməkdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən saxlanılıb.

Bildirilib ki, məhkəmə artıq təqsirləndirilən şəxsə həbs qətimkan tədbiri seçib.