Seneqalda xəstəxanada baş verən yanğında - 11 yeni doğulmuş körpə ölüb

Seneqalda xəstəxanada baş verən yanğında - 11 yeni doğulmuş körpə ölüb Dünya
Seneqalın qərbindəki Tivauane şəhərində xəstəxanada baş verən yanğında 11 yeni doğulmuş körpə ölüb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Seneqal prezidenti Macky Sall verdiyi açıqlamada yanğında 11 körpənin öldüyünü bildirib.

Yanğından 3 körpə xilas edilib.

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.