SEPAH-a ağır itki: "Fatehin Briqadası"nın komandiri öldürüldü
Dünya
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "Fatehin Briqadası"nın komandiri Məhəmməd Əli Fəthali Zadənin ABŞ və İsrail qüvvələrinin birgə hücumları nəticəsində öldürüldüyü bildirilir.
News24.az xəbər verir ki, İran dövlət televiziyası yüksək rütbəli zabitin ölüm faktını rəsmən təsdiqləyib.
Məlumata görə, komandir dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı həyatını itirib. Lakin Tehran rəsmiləri hadisənin hansı coğrafi ərazidə və hansı şəraitdə baş verdiyi barədə detallı informasiya verməkdən yayınıblar. Bu gizlilik isə hadisənin kəşfiyyat orqanları tərəfindən həyata keçirilən xüsusi hədəfli əməliyyat olub-olmadığı ilə bağlı ciddi suallar yaradıb.
SEPAH-ın xüsusi bölmələrindən birinə rəhbərlik edən Fəthali Zadənin ölümü İranın hərbi strukturları üçün ciddi itki hesab olunur. Ekspertlər bu hadisənin regiondakı gərginliyi daha da alovlandıracağını və Tehranın cavab addımları ata biləcəyini proqnozlaşdırırlar.