SEPAH Hörmüz boğazında tankeri dronla vurdu
Dünya
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında “Prima” tankerinə dron zərbəsi endirib.
News24.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, tanker SEPAH-ın bu gün səhər yayımladığı xəbərdarlıqdan sonra vurulub.(APA)