SEPAH-ın silah anbarında partlayış zamanı 2 nəfər ölüb

SEPAH-ın silah anbarında partlayış zamanı 2 nəfər ölüb Dünya
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Damğan şəhəri yaxınlığındakı hazırlıq və dəstək mərkəzində partlayış olub.

News24.az xəbər verir ki, bu barədə SEPAH-ın Damğan Korpusu məlumat yayıb.

Məlumatda bu gün axşam saatlarında SEPAH-ın Damğan şəhərindən kənarda yerləşən korpuslarından birində silah anbarında partlayış baş verdiyi bildirilir. Əl-Ərəbiyyə kanalı partlayışda 2 nəfərin öldüyü və çox sayda yaralının olduğu barədə məlumat verib.

Partlayışın səbəbləri araşdırılır.