Serbiya BMT Təhlükəsizlik Şurasını çağırdı - -Təcili

Serbiya BMT Təhlükəsizlik Şurasını çağırdı - -Təcili Dünya

Serbiya BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasını tələb edib; 

News24.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

O bildirib ki, onun məktubu Aİ-yə üzv ölkələrin bütün nümayəndələri, Aİ orqanlarının nümayəndələri, həmçinin Avropa Şurasına üzv olan bütün ölkələrin prezidentləri və baş nazirləri, habelə Rusiya və Çin liderləri tərəfindən qəbul ediləcək.

Qeyd edək ki, tələb bazar ertəsi təqdim olunacaq.

“Biz onlara Kosovo və Metohiyadakı vəziyyətlə bağlı narahatlığımızı bildirdik. Məktubda beynəlxalq hüquq normalarını pozan hər bir aktı, Priştinanın son 2,5 ildə atdığı eskalasiya addımlarını qeyd edirəm”, - Serbiya Prezidenti bildirib.

Xatırladaq ki, fevralın 1-də Kosovo hakimiyyəti yerli serb təşkilatları və vətəndaşları üçün dinardan avroya keçid dövrünə başlayıb.

Mehriban Mirzəzadə