Serbiyaya hücum ola bilər – Vuçiç 3 ölkənin adını çəkdi

Serbiyaya hücum ola bilər – Vuçiç 3 ölkənin adını çəkdi Dünya

Serbiya Xorvatiya, Albaniya və Kosovonun mümkün hücumuna hazırlaşır.

News24.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O qeyd edib ki, Belqrad bu ölkələrin hərbi əməkdaşlığını diqqətlə izləyir.

“Onlar münasib məqamı gözləyirlər. Biz onların hücumuna hazırlaşırıq”, – deyə Vuçiç vurğulayıb.

O xatırladıb ki, 2025-ci ildə Xorvatiya, Albaniya və Kosovo Tirana şəhərində təhlükəsizliyin gücləndirilməsi və ordular arasında əməkdaşlığın artırılması məqsədilə hərbi əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

Vuçiç həmçinin qeyd edib ki, Serbiyanın arsenalında Çində istehsal olunan, 400 kilometrədək məsafəni vura bilən “hava-yer” tipli hipersəs raketləri mövcuddur. Bununla yanaşı, Belqrad hərbi neytrallığını qoruyur və NATO ilə münasibətlərini davam etdirir.

Qeyd edək ki, Balkanlarda gərginlik Yuqoslaviyanın dağılmasından etibarən qalmaqdadır. Serbiya Kosovonun müstəqilliyini tanımır, Xorvatiya ilə münasibətlər isə həmin dövrdə baş verən müharibələr və siyasi mübahisələr səbəbindən hələ də gərgin olaraq qalır.