Serj Sarkisyan növbəti dəfə - MƏHKƏMƏ QARŞISINDA
Dünya
Ermənistanda keçmiş prezident Serj Sarkisyan və digərlərinin məhkəməsi keçirilir.
News24.az-ın yerli mətbuata istinadən xəbərinə görə, bugünkü iclasda təqsirləndirilən eks-dövlət başçısının vəkilləri çıxış edəcək.
Qeyd edək ki, S. Sarkisyan və başqa 4 nəfər 2013-cü ilin fevralından başlayaraq hökumətin ehtiyat fonundan 1 milyon 215 min dollar civarında dövlət vəsaitini talamaqda ittiham olunur.
Fərid Azəri