Sərnişin avtobusu dərəyə aşdı: Çox sayda yaralı var - Bu ölkədə
Dünya
Türkiyənin Əskişəhər vilayətində sərnişin avtobusu dərəyə aşıb.
News24.az xəbər verir ki, qəza nəticəsində azı 20 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, jandarma, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzanın başvermə səbəbi araşdırılır.