Sərxoş sərnişin təyyarədə stüardessanı dişlədi
Dünya
Sərxoş sərnişin London–İstanbul reysi zamanı stüardessanı və başqa bir sərnişini dişləyib.
News24.az xəbər verir ki, hadisə Türkiyənin “AJet” aviaşirkətinə məxsus təyyarədə baş verib.
“Çərşənbə günü London–İstanbul reysində spirtli içki qəbul edən xarici vətəndaş təyyarədə səs-küy salaraq insident yaradıb. O, yanında oturan qadına qarşı əxlaqsız hərəkətlər edib. Hadisəyə ekipaj müdaxilə edib”, – deyə aviaşirkətin məlumatında qeyd edilib.
Sərnişin ekipajın tələblərinə tabe olmayıb və aqressiv davranışını davam etdirib.
“Spirtli içkinin təsiri altında olan kişi yanında oturan sərnişini və ekipaj üzvünü dişləyib. Təyyarə eniş etdikdən sonra polis onu İstanbulun Sabiha Gökçen hava limanında saxlayıb”, – deyə bildirilib.
Zərərçəkənlər polisə şikayət ediblər.
Hadisəni törədən sərnişin ömürlük aviaşirkətin “qara siyahısına” daxil edilib.