Səudiyyə Ərəbistanı Fələstinə - ilk dəfə səfir təyin etdi

Səudiyyə Ərəbistanı Fələstinə - ilk dəfə səfir təyin etdi Dünya
Səudiyyə Ərəbistanının İordaniyadakı diplomatik missiyasının rəhbəri Naif əl-Sudeyri eyni zamanda Fələstinə səfir təyin edilib.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İordaniyadakı səfir Naif əl-Sudeyri etimadnaməsini Fələstin Prezidentinin diplomatik müşaviri Məcdi əl-Xalidiyə təqdim edib. Diplomat Fələstin Dövlətində eyni vaxtda səfir və Qüds şəhərindəki baş konsul kimi fəaliyyət göstərəcək”, - departamentin "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Əl-Sudeyri Fələstində Səudiyyə Ərəbistanının ilk diplomatı olub.

Etimadnamələrin təqdimetmə mərasimi Fələstinin Əmmandakı səfirliyinin binasında baş tutub.