Səudiyyə Ərəbistanı Messinin təklifini rədd etdi
Dünya
Səudiyyə Ərəbistanı hökuməti Lionel Messinin təklifinə müsbət cavab verməyib. Futbolçu MLS mövsümündən sonra 2026-cı il Dünya Çempionatına hazırlaşmaq məqsədilə dörd ay müddətinə Səudiyyə Pro Liqasında oynamaq istəyib.
News24.az xəbər verir ki, “L’Équipe” nəşrinin məlumatına görə, Məhdi İstedadların İnkişafı Akademiyasının rəhbəri Abdallah Həmmad açıqlamasında bildirib ki, Messi onunla əlaqə saxlayaraq Səudiyyədə oynamaq istədiyini deyib, lakin bu təklif nazir tərəfindən rədd edilib.
Həmmad əlavə edib ki, nazir Messinin yalnız dörd aylıq müqavilə ilə gəlməsini məqsədəuyğun hesab etməyib və məsələ bununla bağlanıb.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Ən-Nəsr” klubuna keçidindən sonra Səudiyyə Pro Liqası Neymar və Benzema kimi ulduz futbolçuları da cəlb edib. Krallıq 2034-cü il Dünya Çempionatına ev sahibliyi edəcək.
Xeyrənsə Piriyeva