Səudiyyə Ərəbistanında ilk içki mağazası açılır
Dünya
Səudiyyə Ərəbistanı ilk içki mağazasını açmağı planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Məlumata görə, mağaza yalnız qeyri-müsəlman diplomatlara xidmət göstərəcək.
Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.
Mehriban Mirzəzadə