Şimali Koreya Sarı dənizə raket buraxdı - ORDU HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ

Şimali Koreya Sarı dənizə raket buraxdı - ORDU HAZIRLIQ VƏZİYYƏTİNƏ GƏTİRİLDİ Dünya
Ötən gecə Şimali Koreya Sarı dəniz istiqamətinə bir neçə qanadlı raket buraxıb. 

News24.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 04:00-da baş verib. 
Olaydan sonra Cənubi Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Hazırda ABŞ və Cənubi Koreyadan olan mütəxəssislər həmin raketlərin texniki xüsusiyyətlərini müəyyənləşdirir.