Silahlı PUA İraqdakı ABŞ bazasına - hücum etdi

Silahlı PUA İraqdakı ABŞ bazasına - hücum etdi Dünya

Silahlı pilotsuz təyyarə ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi İraq əl-Hərir aviabazasına zərbə endirib.

News24.az xəbər verir ki, bu barədə “Reuters”  məlumat yayıb.

İnfrastrukturun zədələndiyi qeyd edilir.

Noyabrın 9-da aviabaza da hücuma məruz qalıb. Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki ABŞ qüvvələri 40 dəfə hücuma məruz qalıb. 22 hücum İraqda, 18-i Suriyada həyata keçirilib.

Ülkər Abdurahmanlı