Silahlı qruplaşma İrana daxil olmaq istədi - Ölən var
Dünya
İran sərhədçiləri Səravan bölgəsində silahlı qrupun ölkəyə daxil olmaq cəhdinin qarşısını alıb, hücum edənlərdən birini öldürüblər.
News24.az xəbər verir ki, bunu İran polisinin nümayəndəsi, briqada generalı Səid Montazer əl-Məhdi bildirib.
Onun sözlərinə görə, Səravan sərhəd alayının hərbçiləri İrana daxil olaraq təxribat törətmək niyyətində olduğu iddia edilən silahlı qrupun hərəkətini müşahidə ediblər.
Sərhədçilər qrupun qarşısını kəsiblər və nəticədə silahlı toqquşma baş verib.
Toqquşma zamanı qrup üzvlərindən biri öldürülüb, digərləri isə geri çəkilərək sərhəddən geri qayıdıblar.
Ərazidə aparılan axtarış zamanı İran təhlükəsizlik qüvvələri silah və rabitə vasitələri aşkarlayaraq götürüblər.