Simonyan: "Azərbaycana getməyə hazıram"
Dünya
Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan münasib vaxtda Azərbaycana getməyə hazır olduğunu bildirib.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Simonyan bunu parlamentdə jurnalistlərin sualını cavablayarkən deyib.
“Münasib bir vaxtda Azərbaycana getməyə hazıram. Hanısa formatda həmkarımı Ermənistana dəvət etmək niyyətindəyəm”, – deyə Simonyan bildirib.
Ondan Azərbaycana səfər üçün dəvət alıb-almadığı soruşulduqda, Simonyan belə bir dəvətin olmadığını deyib. Lakin dəvət olsa, onu nəzərdən keçirəcəyini qeyd edib.
Simonyan bildirib ki, Azərbaycanın 2026-cı ilin mayında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi” sammitində iştirakdan imtinası Ermənistanla bağlı deyil.