“Sony”yə qarşı böyük boykot - "PlayStation" istifadəçiləri ayağa qalxdı
Dünya
Sony” şirkətinin "PlayStation" oyunlarını fiziki daşıyıcılarda (disklərdə) buraxmaqdan imtina etmək təşəbbüsü etirazla qarşılanıb.
News24.az xəbər verir ki, oyun həvəskarları "PSBlackout" adlı bir həftəlik aksiya keçirirlər.
Aksiya 23–30 avqust 2026-cı il tarixlərini əhatə edir. Təşəbbüsün əsas məqsədi “Sony”yə fiziki oyun nüsxələrinin və kolleksiya nəşrlərinin oyunçu icması üçün əhəmiyyətini göstərməkdir.
Aksiya çərçivəsində oyunçular bir sıra çağırışlara əməl etməyə dəvət olunur. Onlardan PlayStation Network-a daxil olmamaq, konsollarda oyun oynamamaq və rəqəmsal mağazadan heç bir alış-veriş etməmək tələb olunur.
Təşəbbüsün iştirakçıları hesab edirlər ki, fiziki disklər oyun sənayesində mühüm yer tutur və kolleksiya nəşrlərinə olan tələbat nəzərə alınmalıdır.
PSBlackout vasitəsilə oyunçular “Sony”yə fiziki nüsxələrin onlar üçün hələ də əhəmiyyətli olduğunu nümayiş etdirməyə çalışırlar.