Sərnişin qatarı relsdən çıxdı, yaralılar var – Bu ölkədə / Yeniləndi

Sərnişin qatarı relsdən çıxdı, yaralılar var – Bu ölkədə / Yeniləndi Dünya

Birləşmiş Krallığında Şərqi Sasseks qraflığında, Lüis şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə İngiltərənin cənub-şərq sahillərində fəaliyyət göstərən təcili tibbi yardım xidməti məlumat yayıb.

“Hazırda iki xəstənin ağır xəsarət aldığını təsdiqləyə bilərik. Daha 9 nəfər isə nisbətən yüngül xəsarətlər alıb. Xəstələr müayinə olunub, onlara hadisə yerində tibbi yardım göstərilib. Bəzi yaralılar əlavə müalicə üçün yerli xəstəxanalara çatdırılıb”, – deyə “Sky News”un yaydığı açıqlamada bildirilib.

Qeyd olunur ki, Londondan İstborn şəhərinə hərəkət edən qatarda təxminən 150 sərnişin olub.

Hadisə səbəbindən Birləşmiş Krallığın cənubunda sərnişin qatarlarının hərəkəti qismən iflic olub. Dəmir yolu operatorları gün ərzində qatarların gecikməsi və reyslərin ləğv olunmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

Sərnişinlərə imkan daxilində günün sonunadək səfərlərdən imtina etmək tövsiyə olunub.

***20:26

Birləşmiş Krallığın cənubundakı Şərqi Sasseks qraflığında, Lüis şəhəri yaxınlığında sərnişin qataeı relsdən çıxıb.

News24.az xəbər verir ki, hadisədən sonra həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Əraziyə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Xəsarət alanların olub-olmaması barədə hələ ki məlumat verilmir.