"Starship" tarixində ilk dəfə orbitə çıxdı – VİDEO

"Starship" tarixində ilk dəfə orbitə çıxdı – VİDEO Dünya

"SpaceX"in "Starship" kosmik gəmisi tarixində ilk orbital uçuşuna başlayıb.

News24.az xəbər verir ki, raket Texas ştatındakı "Starbase" bazasından "Super Heavy" sürətləndiricisinin köməyi ilə buraxılıb. Plana əsasən, gəmi Yer ətrafında təxminən altı dövrə vurmalı və orbitə 26 "Starlink V3" peyki çıxarmalıdır.

Missiyanın təxminən 10 saat davam edəcəyi və "Starship"in Çili sahilləri yaxınlığında Sakit okeana enməsi ilə başa çatacağı gözlənilir.