Su canavarına bənzəyən unikal maşın yaradıldı
Dünya
Ötən əsrin 50-ci illərin əvvəllərində isveçli iş adamı Siqvard Berqren yeddi yerlik Sigvard Berggren Futurecar-ı, böyük hava girişləri və qanadları olmayan təyyarəyə və dəniz canavarına bənzəyən üzgəcli “Gələcəyin Avtomobili”ni yaratdı.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın sosial şəbəkələrində məlumat yayılıb.
Bu avtomobil saatda 170 km sürətə malik, 100 at gücündə Ford mühərriki ilə təchiz edilib.
Sürücü görünmə kabinəsinin mərkəzində, sərnişinlər isə kreslosu, çarpayısı, kart masası və qatlanan lyuklar olan kabinədə əyləşməsi üçün şərait yaradılmışdı.
Avtomobilin görüntülərini təqdim edirik:
Mehriban Mirzəzadə