Sudan Adre Sərhəd Qapısını açdı
Dünya
Sudab Suverenlik Şurasının verdiyi açıqlamaya görə, Əbdülfəttah əl-Burhanın sədrliyi ilə toplanıb.
News24.az xəbər verir ki, iclasda humanitar yardımın müharibədən zərər çəkmiş vətəndaşlara çatmasını təmin etmək üçün Adre Sərhəd Qapısının 3 ay müddətinə açılması qərara alınıb.
Digər tərəfdən ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriello verdiyi açıqlamada Sudan ordusunun Adre Sərhəd Qapısını açmaq qərarını müsbət qarşıladıqlarını bildirib.
Bu qərarın insanların həyatını xilas etmək və aclığın yayılmasının qarşısını almaq üçün kritik bir addım olduğunu ifadə edən Perriello, "Önümüzdəki günlərdə ilk konvoyların keçməsini səbirsizliklə gözləyirik" deyib.
Günel Məlikzadə