Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu

Sudanda toy mərasiminə dron hücumu: 40-dan çox insan həlak oldu Dünya

Sudanın Şimali Darfur ştatında toy mərasiminin keçirildiyi əraziyə pilotsuz uçuş aparatının zərbəsi nəticəsində 40-dan çox insan həlak olub.

News24.az xəbər verir ki, ölənlər arasında "Sürətli reaksiya qüvvələri"nin (SRQ) üzvləri də var.

Hadisə artıq təxminən üç ildir SRQ-nin nəzarətində olan və mütəmadi olaraq dron hücumlarına məruz qalan Kutum şəhərində baş verib.

Zərbə nəticəsində azı 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb, onlarla ev dağılıb. SRQ hücuma görə məsuliyyəti Sudan ordusunun üzərinə qoyub.

Qeyd olunur ki, son üç ayda Sudanda mülki obyektlərə dron hücumları nəticəsində təxminən 500 nəfər həlak olub.

Xatırladaq ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində ordu komandanı Əbdülfəttah əl-Burhan ilə SRQ rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən kəskinləşib. Münaqişə nəticəsində, ekspertlərin qiymətləndirməsinə görə, azı 40 min insan həlak olub, təxminən 14 milyon nəfər isə evlərini tərk edib. (Oxu.az)