Sürücüsüz robotaksi yollarda
Dünya
Tesla sürücüsüz nəqliyyat layihəsi üzrə yeni mərhələyə keçib.
News24.az-ın məlumatına görə, şirkətin rəhbəri Elon Mask bildirib ki, “Cybercab” adlı robotaksinin istehsalına başlanılıb. Sükan və pedal olmayan bu nəqliyyat vasitəsinin artıq ictimai yollarda sınaqdan keçirildiyi qeyd olunur.
Tam avtonom işləmək üçün nəzərdə tutulan model ilk dəfə 2024-cü ildə təqdim olunub. Ostinndə isə məhdud istifadəçi qrupu ilə sınaqlar davam edir.
Rəsmilər bildirirlər ki, model təhlükəsizlik standartlarına uyğun hazırlandığı üçün istehsal məhdudiyyətlərindən kənarda qala bilər.