İtaliyada 24 saatda koronavirusdan rekord sayda İNSAN ÖLDÜ

İtaliyada 24 saatda koronavirusdan rekord sayda İNSAN ÖLDÜ Dünya
İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.

Ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.

İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 220-yə çatıb. Bunların 66 568 nəfəri sağalıb, 4 299 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. /Report/