Tanınmış jurnalist CHP-ni sərt tənqid etdi

Tanınmış jurnalist CHP-ni sərt tənqid etdi Dünya

Türkiyədə bələdiyyə seçkilərində CHP-nin işi çox çətindir.

News24.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Fateh Portağal deyib.

“Məqsədli şəkildə hərəkət etmirlər. Partiyanın daxilində elə güc mərkəzləri var ki, namizədlərini seçə bilməyiblər. Belə başa düşürük ki, partiya sədri sözünü keçirə bilmir. Əslində izləmək həyəcanlıdır. Martın 31-də hər şeyin nəticəsini açıq-aydın görə biləcəyik”, - jurnalist qeyd edib/

Mehriban Mirzəzadə