Tayland baş nazir Thavisini - istefaya göndərdi

Tayland baş nazir Thavisini - istefaya göndərdi Dünya

Tayland Konstitusiya Məhkəməsi Baş nazir Thavisin kabinet üzvlərindən Pichit Chuenbanı "qanunsuz olaraq təyin etdiyi" səbəbiylə vəzifəsindən azad edilməsi tələb edilən Baş nazir Thavisinlə bağlı qərarını açıqlayıb.

News24.az xəbər verir ki, Məhkəmə Thavisin "kabineti formalaşdırarkən etik qaydaları pozduğu" əsası ilə 5 əleyhinə 4 səslə işdən çıxarılmasını təsdiqləyib.

Qərara əsasən, parlament yeni baş naziri təsdiq edənə qədər hazırkı kabinet öz səlahiyyətlərini davam etdirəcək.

Qeyd edək ki, mayın 23-də Taylandın Konstitusiya Məhkəməsi ölkədəki 40 senatorun imzası ilə baş nazir Srettha Thavisinin vəzifədən azad edilməsi tələbi ilə müraciəti qəbul edib.

Günel Məlikzadə