Taylanda getmək istəyən azərbaycanlıların nəzərinə - Rüsum ödəyəcəksiniz

Taylanda getmək istəyən azərbaycanlıların nəzərinə - Rüsum ödəyəcəksiniz Dünya

Tayland 2027-ci ilin birinci rübündən ölkəyə gələn turistlərdən 450 bat (təxminən 13,5 dollar) məbləğində turist rüsumu almaq niyyətindədir.

News24.az xəbər verir ki, bu barədə “Bangkok Post” yazıb.

Taylandın turizm və idman naziri Surasak Phantyarınvorakun bildirib ki, belə təcrübə dünyanın 80 ölkəsində tətbiq olunur.

Bununla belə, özəl sektor nümayəndələri rüsumun tətbiqinin təxirə salınmasını təklif ediblər.

Gözləntilərə görə, yeni rüsum dövlət büdcəsinə ildə təxminən 8 milyard bat (239 milyon dollar) gəlir gətirəcək.

Vəsaitin bir hissəsinin turistlərin tibbi sığortasına yönəldilməsi planlaşdırılır.

Bu, həmin məqsədlə hər il ayrılan təxminən 7 milyard bat (209 milyon dollar) vəsaitə qənaət etməyə imkan verəcək.

Qalan vəsait isə turizm infrastrukturunun inkişafı və modernləşdirilməsi üçün xüsusi fonda yönəldiləcək.