Tayvan ballistik raketləri atmosferdə məhv edən yeni sistemi sınaqdan keçirdi

Tayvan ballistik raketləri atmosferdə məhv edən yeni sistemi sınaqdan keçirdi Dünya

Tayvan atmosferə daxil olan ballistik raketləri məhv etməyə qadir zenit raketlərini sınaqdan keçirib.

News24.az xəbər verir ki, sınaqlar Cunşan Elm və Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən Pindun dairəsindəki Cüpen hərbi bazasının poliqonunda həyata keçirilib.

Məlumata əsasən, sınaqların yeni "Qiqonq" raket layihəsi ilə bağlı olduğu güman edilir. Raketin sınaq uçuşunun hündürlüyü 30–48 km təşkil edib ki, bu da ballistik hədəfləri atmosferə daxil olarkən vurmağa imkan verir.

Qəzetin mənbələrə istinadən yazdığına görə, "Qiqonq" layihəsi çərçivəsində "TK-III" raketi bazasında artırılmış uçuş məsafəsinə malik bir neçə modifikasiya hazırlanır.