Tayvanda güclü zəlzələ oldu

Tayvanda güclü zəlzələ oldu Dünya

Tayvanın şimal-şərq sahillərində 5,1 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Seysmoloqların məlumatına görə, təbii fəlakətin episentri dənizdə, İlan şəhərindən təxminən 41,7 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 27,8 kilometr dərinlikdə olub.

Yeraltı təkanların ən yüksək intensivliyi Hualien və İlan dairələrində qeydə alınıb.

Bundan əlavə, Taypey, Tayçjun, Taoyuan və Yeni Taypey şəhərlərinin sakinləri də yeraltı təkanları hiss ediblər.

Hazırda xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Həmçinin hər hansı dağıntının baş verməsi ilə bağlı məlumat yoxdur.