Təcili! Qonşu ölkədə helikopter qəzaya uğradı - VİDEO - Yeniləndi

Təcili! Qonşu ölkədə helikopter qəzaya uğradı - VİDEO - Yeniləndi Dünya

İranda helikopter qəzaya uğrayıb.

News24.az xəbər verir ki, ilkin məlumata görə, helikopter İsfahan yaxınlığında yerləşən Darçe şəhərində meyvə-tərəvəz bazarına düşüb.

Hadisənin səbəbləri və mümkün xəsarət alanlarla bağlı rəsmi məlumatlar hazırda dəqiqləşdirilir. (Tasnim)


İran ordusuna məxsus təlim helikopterinin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

News24.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl aviaqəzanın şəhərin bağçılıq kompleksi ərazisində baş verdiyi bildirilib.