Tehran İsrail və ABŞ hədəflərini vurdu – “Xorrəmşəhr” raketləri işə salındı

Tehran İsrail və ABŞ hədəflərini vurdu – “Xorrəmşəhr” raketləri işə salındı Dünya

İran “Doğru vəd – 4” əməliyyatının 37-ci dalğası çərçivəsində İsrail və ABŞ obyektlərinə ən güclü zərbələri endirib.

News24.az xəbər verir ki, bölgəyə endirilən bombardman ən azı üç saat davam edib və münaqişənin kəskinləşməsindən bəri ən böyük hücumlardan biri hesab olunur.

Bildirilib ki, Tehran hücum zamanı “Xorrəmşəhr” tipli superağır raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Zərbələr nəticəsində Təl-Əviv yaxınlığında peyk rabitə mərkəzi, eləcə də Hayfa və Qərbi Qüdsdə hərbi obyektlər hədəfə alınıb. /IRIB