Tehranda partlayış səsləri eşidilir
Dünya
ABŞ-İsrail hücumları nəticəsində İranın paytaxtı Tehranda partlayışlar baş verib və şəhərin qərb hissəsindən tüstü qalxıb.
News24.az xəbər verir ki, İsfahandakı Kaveh küçəsi də hücumların hədəfi olub. İran rəsmiləri təhlükəsizlik tədbirləri səbəbindən küçədə elektrik enerjisinin kəsildiyini və üçüncü dəfə hücum edildiyini bildiriblər.
İran mediasının məlumatına görə, partlayışlar Xuzistan əyaləti ilə yanaşı, Təbriz, Şiraz və Məşhəddə də baş verib.
Xatırladaq ki, ABŞ və İsrail hücumları Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də başlayıb. İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə müəyyən etdiyi hədəflərə cavab hücumları edib.
Hücumlar nəticəsində İranın keçmiş lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər həlak olub. (TRT Haber)
Nilufər