Tehrandan sərt addım: Ben-Qurion və digər obyektlər vuruldu

Tehrandan sərt addım: Ben-Qurion və digər obyektlər vuruldu Dünya

İran martın 19-da İsrail və ABŞ hədəflərinə zərbələr endirdiyini bəyan edib.

News24.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının nümayəndəsi məlumat yayıb.

Qeyd edilib ki, “Doğru vəd-4” əməliyyatı çərçivəsində İsrailin mərkəzi və şimal bölgələrində yerləşən hədəflər, o cümlədən Ben-Qurion hava limanı vurulub.

“Zərbələr həmçinin Hayfa və Rişon-le-Sion şəhərlərində yerləşən neft emalı zavodlarına, qoşun toplanma məntəqələrinə və yanacaq təminatı obyektlərinə yönəldilib. ABŞ ordusunun 5-ci donanması da dəqiq zərbələrə məruz qalıb”, – deyə açıqlamada vurğulanıb. (APA)