"Tehranın cavabı daha dağıdıcı olacaq" – iranlı general

"Tehranın cavabı daha dağıdıcı olacaq" – iranlı general Dünya

İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə düşmənlər tərəfindən mümkün yeni təcavüz hallarına qarşı xəbərdarlıq edərək bildirib ki, İranın cavabı daha dağıdıcı olacaq.

News24.az “IRNA”ya istinadla xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında Ağ Evin rəsmilərinin İran İslam Respublikasına qarşı son təhdidlərinə toxunaraq qeyd edib ki, İran xalqı heç bir təhdidi qəbul etməyəcək və silahlı qüvvələr ölkəni hədələməyə heç kimə imkan verməyəcək.

“Əgər bu təhdidlər əməli mərhələyə keçərsə, ölkəmizi son damla qanımıza qədər bütün gücümüzlə müdafiə edəcəyik və müdafiəmiz onlar üçün ağrılı olacaq”, – o deyib.

Nəsirzadə eyni zamanda İranın təhdidlərə qarşı cavab vermək üçün “sürpriz” imkanlara malik olduğunu vurğulayıb və yeni hərbi təcavüz ehtimalı ilə bağlı xəbərdarlıq edib.