"Tejas" qırıcısı qəzaya düşdü, pilot öldü
Dünya
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Tejas” qırıcı təyyarəsi Dubay 2025 Hava Sərgisi zamanı nümayiş uçuşu edərkən qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə barədə məlumatı “Hindustan Times” yayıb.
Qəza nəticəsində təyyarə yerə düşüb.
Pilotun təyyarə enməzdən əvvəl katapult sistemindən istifadə edib-etmədiyi isə hələlik bilinmir.
15:11
Dubayda keçirilən aviaşouda qəzaya uğrayan Hindistan qırıcı təyyarəsinin pilotu ölüb.
News24.az xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələri məlumat yayıb.