Telegram mesenceri məhkəməyə verilib

Telegram mesenceri məhkəməyə verilib Dünya
Telegram mesenceri 8 milyon rubl (220 000 AZN) cərimə oluna bilər.

Bu barədə Moskva şəhər məhkəməsindən məlumat verilib.

Bildirilir ki, mesencerə Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinin (informasiya resursu sahibinin ekstremist xarakterli materialı silməməsi ) tələblərini pozmaqda ittiham edilir.
İş üzrə hazırlıq iclası avqustun 16-na təyin edilib. /APA/