Təlim poliqonunda - PARTLAYIŞ BAŞ VERDİ — ANBAAN VİDEO

Təlim poliqonunda - PARTLAYIŞ BAŞ VERDİ — ANBAAN VİDEO Dünya
Krımın Kirovski rayonundakı təlim poliqonunda silah-sursat anbarının partlayıb.

News24.az xarici mətbuata istinadəən xəbər verir ki,  bu barədə Mash teleqram kanalı video paylaşıb.

Krımın rəhbəri Sergey Aksyonov Kirovski rayonundakı poliqonda baş verən yanğınla əlaqədar Tavrida şossesinin bağlandığını elan edib.

O, Ayvazovskoye, Abrikosovka, Privetnoe kəndlərindən 2225 nəfər təxliyə edildiyini bildirib.

Aksyonovun rəhbərlik etdiyi poliqonda baş vermiş yanğının aradan qaldırılması üçün rayonda da operativ qərargah yaradılıb.

Vilayət rəhbəri poliqonda baş verən yanğında xəsarət alan olmadığını, istintaq orqanlarının fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirəcəyini bildirib.