Təyyarə hava limanında yandı - Video

Təyyarə hava limanında yandı - Video Dünya

Braziliyanın San Paulo şəhərində yerləşən Quarulhos beynəlxalq hava limanında “Airbus A320” tipli təyyarə uçuş-enmə zolağında yanıb.

News24.az xəbər verir ki, tüstü qısa müddətdə gövdəyə və salon hissəsinə dolduğu üçün ekipaj və sərnişinlər təcili təxliyə elan edib.

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Yanğının səbəbi araşdırılır.