Təyyarə qəzasında ölən 179 nəfər sağ qala bilərdi
Dünya
2024-cü ilin dekabrında Cənubi Koreyanın Muan hava limanında baş verən aviaqəzada həlak olan 179 nəfərin hamısı sağ qala bilərdi.
News24.az xəbər verir ki, bu barədə “Reuters” Cənubi Koreya rəsmisinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, təyyarənin yerə çırpılması göyərtədə olanlara ciddi xəsarətlər yetirəcək qədər güclü olmayıb. Ölümcül nəticəyə məhz beton maneə səbəb olub. Bunu qəzanın modelləşdirilməsi də göstərib.
Uçuş-enmə zolağına çırpılan təyyarə düzgün inşa edilməmiş beton baryer olmasaydı, təxminən 770 metr irəliləyərək dayanacaqdı.
Beton təpənin üzərində yerləşdirilmiş naviqasiya avadanlığı düzgün quraşdırılmayıb və məhz bu səhlənkarlıq 179 nəfərin ölümünə səbəb olub.
Xatırladaq ki, Muan hava limanında baş verən təyyarə qəzası nəticəsində göyərtədə olan 181 nəfərdən 179-u həlak olub. Yalnız iki stüardessa sağ qalıb.