Təyyarə sıradan çıxan tualetlərə görə təcili eniş etdi

Təyyarə sıradan çıxan tualetlərə görə təcili eniş etdi Dünya

Sərnişin təyyarəsi tualetlərin sıradan çıxması səbəbindən Nyu-Yorkdakı Con Kennedi hava limanına təcili eniş edib.

News24.az xəbər verir ki, “American Airlines” aviaşirkətinə məxsus təyyarə Madriddən Dallasa səfər edib.

Təyyarədə 287 sərnişin və ekipaj üzvü olub. Uçuşun 10 saatdan çox davam etməsi planlaşdırılıb.

Lakin uçuş zamanı təyyarədəki 8 tualetdən 6-sı sıradan çıxıb. Ekipaj yaranmış problem barədə dispetçerlərə məlumat verərək məcburi eniş üçün icazə istəyib.

Pilotlar təyyarəni Nyu-York hava limanına təhlükəsiz endirə biliblər.

Təyyarə burada təxminən 3 saat qaldıqdan sonra Dallasa yola düşüb.